Ədəbiyyatın gələcəyi necə olacaq?
Bu gün süni intellekt şeir yaza, hekayə qura, hətta roman belə yarada bilir. Bəs texnologiyanın inkişafı ədəbiyyatı necə dəyişəcək?
“Ədəbiyyatda Süni İntellekt” layihəsinin ilk panel görüşündə əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu və əməkdar jurnalist, yazıçı Varis Yolçuyev iştirak edəcəklər.
Moderator: Kübra Fərəczadə — layihə rəhbəri
Tarix: 13 noyabr 2026, saat 14:00
Paneldən təlimə doğru!
Müraciət edənlər arasından 50 gənc panel görüşünə seçiləcək. Görüşdə fəallığı ilə fərqlənən 25 iştirakçı isə 14–15 noyabr tarixlərində keçiriləcək iki günlük praktiki təlim proqramına qoşulmaq imkanı qazanacaq.
Son qeydiyyat: 12 noyabr, saat 20:00
Sən də qeydiyyatdan keç, 50 iştirakçıdan biri olmaq şansı qazan!
Qeydiyyat linki
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və “Öndə” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.