Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası müsabiqə elan edir.
Müsabiqə aşağıdakı vəzifələri əhatə edir:
№ | Kafedranın adı | Vəzifənin adı (ştat vahidi ilə) |
1 | Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası | baş müəllim - 0,5 ştat |
2 | Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası | baş müəllim - 0,5 ştat |
3 | Ədliyyə sahəsində idarəetmə kafedrası | baş müəllim - 0,5 ştat |
4 | Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrası | müəllim - 1 ştat |
5 | Mülki hüquq və mülki proses kafedrası | professor - 1 ştat |
Namizədlər müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri rektorun adına yazılmış ərizə ilə birlikdə 10 iyun 2026-cı il tarixindən 10 iyul 2026-cı il tarixinədək iş günləri və iş vaxtı ərzində Ədliyyə Akademiyasına (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158) təqdim edə bilərlər.
Namizədlər ətraflı məlumat almaq üçün (994 12) 493 71 31 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
