Vakansiya:

Müqavilə və sənəd dövriyyəsi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri

- Şirkətin alış, satış və digər müqavilələrinin, həmçinin onlara aid əlavə sənədlərin qeydiyyatını və sistemli saxlanılmasını təmin etmək;

- Müqavilə və ona bağlı sənədlərin qarşı tərəflə fiziki qaydada və ya elektron imza vasitəsilə imzalanması prosesini koordinasiya etmək;

- Şirkətin müştərilərinə təqdim edilən təhvil-təslim aktlarının göndərilməsini, imzalanmasını və vaxtında geri qaytarılmasını izləmək və təmin etmək;

- Müştərilərə təqdim olunan zəmanət kitabçalarının qeydiyyatını aparmaq və onların sistemli şəkildə izlənilməsini təmin etmək;

- Gecikən, çatışmayan və ya düzgün rəsmiləşdirilməmiş sənədlərlə bağlı aidiyyəti şəxsləri məlumatlandırmaq;

- Müştərilər, təchizatçılar, satış nümayəndələri və şirkətdaxili şöbələrlə sənəd dövriyyəsi üzrə əlaqə saxlamaq;

- Müqavilə və digər sənədləri müəyyən edilmiş qaydaya uyğun olaraq qovluqlaşdırmaq, arxivləşdirmək və axtarış üçün əlçatan vəziyyətdə saxlamaq;

- Sənəd dövriyyəsi ilə bağlı gündəlik tapşırıqları icra etmək və görülən işlər barədə məlumat / hesabat təqdim etmək.

 

 

Tələblər

- Ali təhsil;

- Sənədləşmə, müqavilə qeydiyyatı, arxivləşdirmə və ya ofis inzibatçılığı sahəsində iş təcrübəsi;

- Müqavilə, akt, əlavə sənəd, zəmanət sənədi və oxşar işgüzar sənədlərlə işləmə bacarığı;

- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;

- MS Word və MS Excel proqramlarında işləmək bacarığı;

- Sənədləri sistemli şəkildə izləmək, qeydiyyata almaq və arxivləşdirmək bacarığı;

- Elektron sənəd dövriyyəsi və elektron imza alətləri ilə işləmə bacarığı üstünlükdür;

- Müştərilər və şirkətdaxili əməkdaşlarla düzgün kommunikasiya qurmaq bacarığı;

- Diqqətli, məsuliyyətli, operativ və nizam-intizamlı olmaq;

 

İş şəraiti

- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

- 5 günlük iş qrafiki;

- Nahar şirkət tərəfindən təmin olunur;

- Əmək haqqı: 700 AZN;

- İş ünvanı: Ağ Şəhər, 3-cü şərq küçəsi.

Müraciət qaydası

Namizədlər CV-lərini mövzu hissəsində “Müqavilə və sənəd dövriyyəsi üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.