Əlaqə Mərkəzi üzrə Mütəxəssis vakansiyası
Əgər sən də dinamik mühitdə çalışmaq, müştərilərlə ünsiyyətdə olmaq və karyeranı inkişaf etdirmək istəyirsənsə, komandamıza qoşul!
Səndən gözlədiklərimiz:
• Ali təhsil
• Azərbaycan dilində səlis, rus dilində yaxşı ünsiyyət bacarığı
• Müştəri xidmətlərində ən az 1 il təcrübə
• MS Office və Outlook bilikləri
• Yüksək ünsiyyət bacarığı, savadlı nitq
• Emosional sabitlik və operativlik
• Müştəri yönümlü yanaşma
Səni nələr gözləyir:
• Müştərilərə dəstək göstərmək və onların suallarını cavablandırmaq
• Məhsul və xidmətlərimiz barədə məlumat vermək
• Keyfiyyət standartlarına uyğun xidmət göstərmək
• Müştəri problemlərini həll etmək və şikayətləri yönləndirmək
Maraqlıdır? CV-ni bu ünvana göndər:
Bizə qoşul, sən də peşəkar və mehriban komandanın bir parçası ol!