Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrası 2025/2026-cı tədris ilinin payız və yaz semestrləri üzrə müəllim vəzifəsinə işə qəbul elan edir.

 

Azərbaycan və rus bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

 

1. SF: Texniki qurğu və avadanlıqların idarə edilməsi (Tədris dili: Azərbaycan dili)

2. SF: Optimal idarəetmə  sistemləri (Tədris dili: Azərbaycan dili)

3. SF: Energetikada informasiya ölçmə  sistemləri (Tədris dili: Azərbaycan dili)

4. Avtomatlaşdırmanın əsasları (Tədris dili: Rus dili)

5. Rəqəmli idarəetmə (Tədris dili: Rus dili)

6. SF: İdarəetmə sistemlərinin identifikasiyası (Tədris dili: Rus dili)

7. Sənaye avtomatlaşdırılması (Tədris dili: Rus dili)

 

Tələblər:

• Ali təhsil: Magistr və ya doktorantura dərəcəsi;

• Müvafiq sahə üzrə elmi dərəcənin (PhD və ya fəlsəfə doktoru) olması üstünlükdür;

• Tədris sahəsinə uyğun elmi məqalələrin, tədqiqatların və ya layihələrin müəllifi olmaq;

• Ali təhsil müəssisəsində pedaqoji fəaliyyət üzrə ən azı 3 il iş təcrübəsi;

• Fənn proqramlarına uyğun dərs materiallarını hazırlamaq və müasir tədris metodlarından istifadə etmək bacarığı;

• Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;

• Tədris dilinə uyğun olaraq rus dilini yüksək səviyyədə bilmək;

  Yaxşı ünsiyyət və təqdimat bacarıqları;

• Komanda ilə işləmək və akademik mühitə uyğunlaşmaq qabiliyyəti;

• Müasir İT və tədris texnologiyalarından istifadə bacarığı (MS Office, LMS platformaları və s.).

 

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər mövzu yerində iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məlumatları qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 12.09.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.