Tamstore MMC “Full stack developer” vakansiyası elan edir: 

 

 Əsas vəzifə öhdəlikləri:

 ·    C# və ASP.NET Core Web API texnologiyaları ilə backend hissənin

hazırlanması;

 ·    React.js framework-u ilə frontend interfeyslərin yaradılması;

 ·    Verilənlər bazasının dizaynı və optimallaşdırılması (SQL və ya NoSQL);

 ·    RESTful API-lərin hazırlanması və inteqrasiyası;

 ·    Mövcud sistemlərin təkmilləşdirilməsi və problemlərin aradan qaldırılması;

 ·    Komanda ilə birgə çalışaraq layihələrin vaxtında tamamlanmasını təmin etmək

 

 Tələb olunan bilik və bacarıqlar:

 ·       C#, ASP.NET Core, Entity Framework, LINQ, Web API texnologiyalarında

bilik və təcrübə;

 ·       React.js, JavaScript/TypeScript, HTML5, CSS3, Bootstrap və ya Tailwind CSS üzrə bilik;

 ·       Git/GitHub ilə işləmə bacarığı;

 ·       Komanda şəklində işləmə və məsuliyyətlilik;

 ·       Texniki sənədlərlə işləmə və problemləri analiz etmə qabiliyyəti

 ·       Üstünlüklər:

 ·       SQL Server, PostgreSQL və ya MongoDB bilikləri;

 ·       DevOps, Docker və ya CI/CD prosesləri ilə təcrübə;

 ·       İngilis dili biliyi (oxuma və texniki sənədlərlə işləmək üçün)

 

 Tələb olunan təhsil, iş təcrübəsi:

 ·       Minimum 1 il iş təcrübəsi (Full Stack və ya oxşar istiqamətdə);

 

 İş şərtlərimiz:

 ·       İş qrafiki: Tam iş günü (5 gün);

 ·       İş saatları: 09:00-18:00;

 ·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

 Biz nə təklif edirik:

 ·       Əmək bazarında rəqabətli əməkhaqqı;

 ·       Peşəkar komanda mühiti;

 ·       Şirkət hesabına nahar;

 ·       Şirkət hesabına korporativ nömrə.

 

 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Full stack developer” yazaraq cv@tamstore.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.