Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis vakansiyası

 

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

Ali təhsil

Sahə üzrə minimum 2 il iş təcrübəsi

Proses yönümlülük;

Analitik düşüncə;

Rəqəmsal marketinq alətlərindən istifadə bacarığı;

Kopiraytinq, Aİ alətlərdən istifadə bacarığı;

 

 

İŞİN TƏSVİRİ:

Bankın rəqəmsal marketinq strategiyasının hazırlanması, inkişaf etdirilməsi və icrasının koordinasiyası

Rəqəmsal kanallarda (Google Ads, Meta Ads, LinkedIn Ads və s.) reklam kampaniyalarının planlanması, qurulması, optimizasiyası və nəticələrinin təhlili

SEO və SEM fəaliyyətlərinin idarə edilməsi, sayt və mobil tətbiq üzrə trafikin artırılmasına yönəlik təşəbbüslərin həyata keçirilməsi

Sosial media platformalarının idarə olunması, kontent planının hazırlanması və icrasının nəzarətdə saxlanılması

Bank məhsulları üçün rəqəmsal satış kanallarının qurulması, izlənməsi və təkmilləşdirilməsi

Rəqəmsal kampaniyaların performans göstəricilərinin (CPC, CTR, CPL, CPA və s.) mütəmadi analizi və hesabatların hazırlanması

Sayt analitikası (Google Analytics, GTM və digər alətlər) vasitəsilə istifadəçi davranışlarının təhlili və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi

E-mail marketing, SMS və push bildiriş kampaniyalarının hazırlanması və icrası

Brendin rəqəmsal mühitdə görünürlüğünün artırılması və rəqib analizlərinin aparılması

İT, Biznes və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək rəqəmsal layihələrin idarə olunması

Yeni rəqəmsal trendlərin izlənilməsi, innovativ həllər və təşəbbüslərlə çıxış etmək

 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.