“Gələcəkdəki Mən” Layihəsi Könüllülük Proqramı
Gənclərə universitet ixtisasları barədə məlumat vermək və ixtisas seçimində onlara dəstək olmaq məqsədilə fəaliyyət göstərən “Gələcəkdəki Mən” layihəsi yeni könüllülər axtarır!
Layihəmizdə müxtəlif ixtisaslar üzrə mütəxəssislərlə müsahibələr hazırlanır, gənclər üçün faydalı və maarifləndirici kontent yaradılır. Dəvət etdiyimiz qonaqlar öz sahələrindəki təcrübələrini, karyera yolunu, gənclər üçün faydalı ola biləcək imkanları və müasir dövrdə süni intellektin ixtisaslara təsirini bölüşürlər.
Əgər siz də:
- yaradıcılıq bacarıqlarınızı inkişaf etdirmək,
- real layihələrdə iştirak etmək,
- yeni bacarıqlar qazanmaq,
- yenilikçi komanda ilə işləmək
istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Seçim mərhələsini uğurla keçən namizədlər layihənin müxtəlif fəaliyyətlərinə cəlb olunacaq və praktiki təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Son tarix: 30 avqust 2026
Əlavə məlumat: +994559736640
Qeydiyyat linki: