Region gənclərinin nəzərinə!

“Yerli 2” layihəsi çərçivəsində regionlarda yaşayan 400 gəncin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının artırılması məqsədilə ödənişsiz təlimlər təşkil olunacaq.

 

Gənclər aşağıdakı istiqamətlər üzrə təlimlərə qoşula biləcəklər:

 Web Development

 Qrafik dizayn

 Helpdesk

 Sosial Media Marketinqi

 

Təlimlər peşəkar mütəxəssislər tərəfindən Balakən, Füzuli, Gəncə, Göygöl, Lənkəran, Mingəçevir, Qazax, Şirvan və Ucar Gənclər evlərində, işğaldan azad edilmiş ərazilərdə yeni salınan yaşayış məntəqələrində və Naxçıvan şəhərində həyata keçiriləcək.

 

 Qeydiyyat üçün: LİNK

 

Layihənin əsas məqsədi gənclər üçün müasir və əmək bazarında tələb olunan bacarıqları yaşadıqları ərazidə əlçatan etmək, onların peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına dəstək olmaqdır.

 

Layihə regionlarda yeni rəqəmsal imkanların yaradılması ilə gənclərin öz doğma və yaşadıqları ərazilərdə inkişaf etməsini, yeni peşələr qazanmasını və gələcək karyerasını burada qurmasını hədəfləyir.

Xüsusilə, yeni salınan yaşayış məntəqələrində yaşayan gənclərin müasir bilik və bacarıqlara çıxışının təmin edilməsi dayanıqlı icmaların formalaşmasına və gənclərin bu inkişaf prosesində fəal iştirakına töhfə verəcək.

 Qeydiyyat 30 avqust 2026-cı il tarixinədək davam edir.

 Qeydiyyat zamanı gənclər yaxın şəhər və ya rayonda keçirilən təlimlər üçün də qeydiyyatdan keçə bilər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.