"Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsində Layihə koordinatoru

 

Müraciət üçün son tarix: 5 avqust 2026-cı il

Tələblər:

Ali təhsil (minimum bakalavr dərəcəsi)
Sosial layihə və proqramlarda peşəkar təcrübə (minimum 2 il)
İngilis dili biliyi (B1-B2 Intermediate/Upper Intermediate)
Kompüter proqramları biliyi (MS Office)
Kreativ və təşəbbüs göstərən, gənclərin inkişafına yönəlmiş yeni layihə və proqram ideyalarını yarada bilən
Komandada və müstəqil şəkildə işləyə bilən
Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli
Ünsiyyət və təqdimat bacarıqları

 

Vəzifə və öhdəliklər:

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin iştirakçıları (abituriyentlər), Layihə məzunları (tələbələr) və Layihə könüllüləri ilə işin təşkili
Tədbir və təlimlərin təşkili
Yeni layihə və proqramların yaradılmasında iştirak
Müxtəlif layihələrdə koordinasiya işinin aparılması
Hesabatların hazırlanması (Azərbaycan və ingilis dillərində)
Layihələr çərçivəsində digər iş və tapşırıqların yerinə yetirilməsi

 

Vakansiyaya müraciət:

Reklam

Göstərilən tələblərə cavab verən namizədlər aşağıdakı sənədləri “Project Coordinator” başlığı ilə (subject) [email protected] elektron ünvanına göndərə bilərlər:

CV (maksimum 2 səhifə)
Motivasiya Məktubu (motivasiya məktubunda əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur)

 

Qeyd:

Natamam, tələblərə uyğun olmayan və son müraciət tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar

 

Müraciət üçün son tarix: 05 avqust 2026-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.