Məktəbəqədər təhsildə valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə sənəd qəbulu başlayır!
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan müsabiqənin məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək və dövlət-özəl əməkdaşlığını gücləndirməkdir.
Müsabiqədə məktəbəqədər təhsil fəaliyyəti üçün lisenziyaya malik özəl təhsil müəssisələri iştirak edə bilərlər.
Sənəd qəbulu: 5–20 avqust 2026 (daxil olmaqla)
Müraciət: https://anket.edu.az/user/364
Müsabiqə çərçivəsində 2026–2027-ci tədris ili ərzində 8000 təhsilalanın özəl məktəbəqədər təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulur.
Əlaqə: [email protected]
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.

