Mikro kreditlər üzrə təcrübəçi
Bakı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil (maliyyə, iqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə son kurs tələbələri və ya yeni məzunlar üstünlükdür);
Bank və ya maliyyə sahəsinə maraq;
Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dili biliyi arzu olunandır);
MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı;
Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs.
 

İŞİN TƏSVİRİ:

Reklam

Mikro və Aqro kredit müraciətləri üzrə sənədlərin toplanması və ilkin yoxlanılmasında dəstək göstərilməsi;
Kredit sənədlərinin hazırlanması və Kredit Komitəsinə təqdim olunması prosesində iştirak;
Potensial müştərilərlə ilkin əlaqələrin qurulmasında dəstək;
Müqavilələrin hazırlanması və hesabların açılması prosesində assistent kimi iştirak;
Kredit portfelinin monitorinqində və hesabatların hazırlanmasında dəstək;
Bankdaxili prosedurlara uyğun olaraq gündəlik əməliyyat proseslərində iştirak.
 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə təcrübəçi” qeyd edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.