Gənclər və İdman Nazirliyi Suraxanı Gənclər Evi sosial xidmət müəssisəsinə direktor vəzifəsinə sənəd qəbulu elan edir.
Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- Ali təhsilli olmalı;
- Gənclərlə iş sahəsində minimum 2 il olmaqla, ümumilikdə ən azı 3 il iş təcrübəsinə malik olmalı;
- Yaşı 35-dən yuxarı olmamalı;
- Ən azı 1 xarici dil bilməli.
Təqdim olunacaq sənədlər:
- Fotoşəkilli CV (iddia edilən vəzifənin adı qeyd olunmaqla);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti;
- Tərcümeyi-hal (elektron formada).
Sənədlər 14 avqust 2026-cı il tarixinədək elektron formada [email protected] ünvanına göndərilməlidir.
Müraciətlərə baxıldıqdan sonra yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz vəzifənin adı və yerləşdiyi məkan “mövzu” hissəsində mütləq qeyd olunmalıdır.

