"Coca-Cola İçecek" Azərbaycan və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə «GreenField Career Advancement Bootcamp» layihəsinin keçirilməsi planlaşdırılır.
Əgər Siz aşağıda qeyd olunan ixtisaslar üzrə sonuncu kurs və ya magistr tələbəsi, son 1 ilin məzunuzsa və təhsil müddəti istisna olmaqla daimi yaşayış yeriniz Qəbələ, İsmayıllı, Şamaxı və Göyçay rayonlarını əhatə edirsə layihədə iştirakınız üçün ilkin qeydiyyat prosesi olaraq formu doldurmağınız xahiş olunur.
İxtisaslar:
1. Elektrik və elektronika mühəndisliyi
2. Energetika mühəndisliyi
3. Kimya mühəndisliyi
4. Cihaz mühəndisliyi
5. Maşın mühəndisliyi
6. Sənaye mühəndisliyi
7. Qida mühəndisliyi
8. Mexanika mühəndisliyi
9. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
10. Mexatronika və robototexnika mühəndisliyi
11. Logistika
12. Biznesin İdarə Olunması
"Greenfield Career Advancement Bootcamp"ı Sizə «Coca-Cola Azərbaycan»nın İsmayıllı rayonu, Topçu kəndi ərazisində yerləşən zavodunu yaxından tanımaq, zavodun əməkdaşları ilə görüşmək, istehsalat müəssisəsində icra edilən işləri yerində göstərmək, real iş mühiti ilə tanış olmaq, liderlik sessiyasında iştirak Sizə gələcək karyera imkanlarını araşdırmaq fürsəti yaradacaq. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, iştirakçıların Bakıdan İsmayıllıya və geri dönüşü, həmçinin gün ərzində qidalanması təşkilatçılar tərəfindən təmin edilir.
Keçirilmə tarixi: 03 oktyabr 2026-cı il
Keçirilmə yeri: İsmayıllı rayonu, Topçu kəndi
(«Coca-Cola Azərbaycan» İsmayıllı rayonunda yerləşən istehsalat müəssisəsi)
Keçirilmə vaxtı: 10:00-16:00
Bakıdan çıxış saatı: 06:30
Bakıya qayıdış saatı: 20:00