Yaradıcı ideyanı real kontentə çevirməyə hazırsansa, “Könüllü Media Məktəbi”ndə səni gözləyirik! 

 

 “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə gənclərin müasir media, rəqəmsal kontent və süni intellekt sahələrində praktiki bacarıqlarının inkişaf etdirilməsi və onların peşəkar media fəaliyyətinə hazırlanması məqsədilə “Könüllü Media Məktəbi” layihəsi həyata keçiriləcək.

 Layihə çərçivəsində iştirakçılar:

• Sosial media və kontent strategiyasının əsaslarını öyrənəcək;

• Reels və digər qısa video formatları üzrə praktiki bacarıqlar qazanacaq;

• Mobil foto və video çəkilişlərinin əsaslarını mənimsəyəcək;

• Tədbirlərin foto, video və sosial media vasitəsilə işıqlandırılmasını öyrənəcək;

• Sosial media üçün mətn və vizual kontent hazırlayacaq;

• Kontentin planlaşdırılması və düzgün təqdimatı üzrə praktiki təcrübə əldə edəcək;

• Rəqəmsal reklam, media etikası və müəllif hüquqları ilə bağlı əsas prinsiplərlə tanış olacaq.

 Kimlər müraciət edə bilər?

• 18–26 yaş arası gənclər;

• Media, PR, SMM və kontent sahəsinə marağı olanlar;

• Sosial media və rəqəmsal kommunikasiya üzrə özünü inkişaf etdirmək istəyənlər;

• Foto, video, dizayn və yaradıcılıq sahələrinə maraq göstərənlər;

• Praktiki təcrübə qazanmaq və yeni bacarıqlar əldə etmək istəyənlər.

 Qeydiyyat linki: https://bit.ly/KonulluMediaMektebi 

Son qeydiyyat tarixi: 2 oktyabr 2026-cı il, 18:00.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.