Məhsul Əməliyyatları üzrə Təcrübəçi vakansiyası
İşin Təsviri
Bu vakansiya məhsul əməliyyatlarının təşkili, sənədləşmə, araşdırma və müxtəlif funksiyalarla işin koordinasiyasının həyata keçirilməsini nəzərdə tutur. Məhsul əməliyyatları üzrə təcrübəçi Məhsul Menecerlərinə gündəlik işlərin icrasında dəstək olur.
Əsas Vəzifələr
Məhsul Menecerlərinin gündəlik tapşırıqlarını icra etmək və şöbənin inzibati işlərində dəstək göstərmək
Məhsulla bağlı şirkətdaxili maliyyə və satınalma proseslərinin icrası; tərəfdaş və təchizatçılarla sənədləşmənin aparılması
Məhsul, müştəri analitikasının həyata keçirilməsi və sahə araşdırmalarında iştirak
Məhsul ilə bağlı məzmunun ingilis dilindən Azərbaycan dilinə adaptasiyası
Oyunların testinin aparılmasında dəstək və nəticələrin sənədləşdirilməsi
Məhsulla bağlı gündəlik hesabat və təqdimatların hazırlanması
Tələblər
Təşkilatçılıq, kommunikasiya və analitik düşüncə bacarığı
Azərbaycan və ingilis dili biliyi
Microsoft Excel və PowerPoint proqramları ilə işləmək təcrübəsi
Komandada işləmək, işlərin prioritetləşdirilməsi və təyin edilən icra tarixlərinə əməl edilməsi səriştəsi
Maraqlanan namizədlər CV-lərini [email protected] vasitəsilə göndərə bilərlər.