Güləş üzrə U17 Dünya Çempionatında könüllü ol, beynəlxalq təcrübə qazan!
27 iyul – 2 avqust 2026 tarixlərində keçiriləcək güləş üzrə U17 Dünya Çempionatında dünyanın müxtəlif ölkələrindən gələcək idmançıları, məşqçiləri və qonaqları qarşılamaq, beynəlxalq idman tədbirinin təşkilində yaxından iştirak etmək və unudulmaz təcrübə qazanmaq üçün könüllü komandamıza qoşul.
Səni nələr gözləyir?
Beynəlxalq tədbirdə iştirak təcrübəsi
Yeni dostluqlar və peşəkar əlaqələr
Komanda işi və şəxsi inkişaf imkanı
Unudulmaz xatirələr və dəyərli təcrübə
İndi qeydiyyatdan keç: volunteer.awf.az
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.