Satış üzrə mütəxəssis (Oyuncaq sahəsi) vakansiyası
Mağaza: Yelo Toys
Ünvan: Abşeron Ticarət Mərkəzi
Əmək haqqı: 550 AZN + bonus
Vəzifə öhdəlikləri:
Müştəriləri mağazada qarşılamaq və məhsullar barədə ətraflı məlumat vermək;
Oyuncaqların və digər məhsulların satışını həyata keçirmək;
Vitrin və məhsul rəflərinin səliqəli saxlanılmasını təmin etmək;
Kassada satış əməliyyatlarında iştirak etmək;
Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
Sosial media səhifələrində şərh və mesajları vaxtında cavablandırmaq;
Filiallarda canlı yayımların təşkilini həyata keçirmək;
Məhsul şəkillərini və hekayələri (story) paylaşmaq;
Mağaza məhsullarının onlayn satışını həyata keçirmək.
Namizədə tələblər:
Ali təhsil (bakalavr);
Satış və ya SMM sahəsində minimum 1 il iş təcrübəsi;
18–30 yaş arası xanım və ya bəy;
Rus dili biliyi üstünlükdür.
Müraciət: Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.