“Meqa Həyat Sığorta” ASC Hesabatlıq şöbəsinə mütəxəssis vəzifəsində çalışacaq namizədləri dəvət edir.

 

Vəzifə öhdəlikləri:

• Sığorta fəaliyyəti üzrə dövri (aylıq, rüblük, illik) hesabatların hazırlanması

• Mərkəzi Bank və digər dövlət qurumları üçün tələb olunan hesabatların tərtibi və vaxtında təqdim edilməsi

• Maliyyə və statistik məlumatların toplanması, yoxlanılması və təhlili

• Daxili hesabat sistemlərinin aparılması və təkmilləşdirilməsi

• Audit və yoxlamalar zamanı tələb olunan məlumatların hazırlanması

• Müvafiq qanunvericilik və normativ aktların izlənilməsi

Namizədə tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə)

• Sığorta və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi (arzuolunandır)

• MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı

• Analitik düşünmə və rəqəmlərlə işləmək bacarığı

• Məsuliyyətli, diqqətli və vaxtın düzgün idarə edilməsi bacarığı

• Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür

Biz nə təklif edirik:

• Peşəkar inkişaf və təlim imkanları

• Stabil və dinamik iş mühiti

• Karyera yüksəlişi imkanı

Əmək şəraitinin şərtləri:

• İş vaxtı: 5 günlük iş rejimi , saat 09:00-18:00

• İstirahət günləri: Şənbə, Bazar

• Əməkhaqqı : Müsahibə əsasında namizədin biliklərinə uyğun təyin edilə bilər ( 800-900)

İş yeri: Bakı, Nərimanov r/n 

 

Müraciət qaydası: 

CV-lərə mövzu yerinə “Hesabatlıq şöbəsi” qeyd etməklə [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik.

Son müraciət tarixi: 01.03.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.