Şirkətimiz “Mühasib-operator üzrə təcrübəçi” vəzifəsi üzrə təcrübə proqramını elan edir.

 

Mühasibatlıq sahəsində təcrübə qazanmaq və biliklərini artırmaq istəyən namizədləri komandamıza dəvət edirik.

 

 İş barədə məlumatlar: 

Əmək haqqı: 200-300 AZN;

 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;

 Nahar şirkət tərəfindən verilir;

 Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.

 

Vəzifə öhdəlikləri:

 Mühasibatlıq bölməsinə gündəlik işlərə dəstək vermək;

Mühasibat sənədlərinin hazırlanması və arxivləşdirilməsi;

 Daxili mühasibatlıq işlərinində yardım (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və s.);

 Dövlət portalları (e-gov, vergi sistemi və s.) ilə işin öyrənilməsi və tətbiqi;

 E-qaimə fakturalarının yazılması;

 Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi.

Tələblər:

Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;

 Vergi və mühasibat uçotu haqqında ümumi biliklər;

 Universiteti yeni bitirən xanım namizədlərə üstünlük veriləcəkdir;

 MS Ofis proqramları üzrə baza bilikləri (xüsusilə Excel);

 İş təcrübəsi tələb olunmur;

 Xarici dil: Rus dili;

 Ünsiyyət və komandada işləmə bacarığı;

 Öyrənmə və inkişaf etməyə motivasiya;

 Dəqiq və məsuliyyətli.

 

 Proqram çərçivəsində təqdim olunur:

 Mühasibatlıq sahəsində praktiki bilik və bacarıqların əldə edilməsi;

Real iş mühiti və sənəd dövriyyəsi ilə tanışlıq;

Təcrübə müddətini uğurlu keçən namizədlər işlə təmin olunacaqdır.

 

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Mühasib-operator üzrə təcrübəçi” qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.