Vakansiya | Metodologiya üzrə mütəxəssis (hüquqşünas)
İcbari Sığorta Bürosu komandamıza Metodologiya üzrə mütəxəssis (hüquqşünas) vəzifəsi üzrə peşəkar namizədlərin müraciətini elan edir.
İşin təsviri:
• Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması üzrə hüquqi və praktiki təkliflər verir
• Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir
• Sığorta fəaliyyəti ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır və müvafiq təkliflər formalaşdırır
• Sığorta şirkətlərindən və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir.
Tələblər:
• Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti sahəsində təcrübə
• Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatların təhlili bacarığı
• Analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti
• Qabaqcıl ölkələrin təcrübəsinin araşdırılması, təhlili və yerli mühitə tətbiqi bacarığı
• Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək praktiki yanaşma formalaşdırmaq bacarığı
• MS Office proqramları və hüquqi informasiya sistemləri üzrə yüksək səviyyədə kompüter savadı
Təhsil və iş təcrübəsi:
• Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi
• Hüquq sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi
• Ən azı bir xarici dil (ingilis dili və rus dili üstünlükdür) üzrə sərbəst oxu və yazı bacarığı
Əlavə üstünlüklər:
• Magistr və ya ona bərabər ali hüquq təhsili
• Sığorta sahəsində normativ-metodoloji bazaya dair biliklər
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.