Texniki ofis mühəndisi üzrə maaşlı təcrübəçi vakansiyası

 

Mühəndislik sahəsində təcrübə qazanmaq və biliklərini artırmaq istəyən namizədləri komandamıza dəvət edirik.

 

 İş barədə məlumatlar: 

• Əmək haqqı: 200-300 AZN;

• 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;

• Nahar şirkət tərəfindən verilir;

• Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.

Vəzifə öhdəlikləri:

• Tikinti bölməsinə gündəlik işlərə dəstək vermək;

• İnşaat layihələri üzrə smeta sənədlərinin hazırlanması və yoxlanılmasına yardım etmək;

• İş həcmlərinin hesablanması, smeta və texniki cədvəllərin tərtibatında iştirak etmək;

• Tikinti bölməsi tərəfindən aparılan sənədlərin arxivləşdirilməsi və saxlanmasını təşkil etmək;

• Tikinti sahəsi üzrə Forma 2 və Forma 3 sənədlərinin hazırlanması;

Tələblər:

• İnşaat mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;

• Tikinti normalarına dair biliklər; 

• Universiteti yeni bitirən bəy namizədlərə üstünlük veriləcəkdir;

• MS Ofis proqramları, MS PowerPoint və AutoCAD üzrə baza bilikləri;

• İş təcrübəsi tələb olunmur;

• Xarici dil: Rus dili;

• Təşəbbüskarlıq, dəqiqlik, operativlik;

• Ünsiyyət və komandada işləmə bacarığı;

• Öyrənmə və inkişaf etməyə motivasiya.

 Proqram çərçivəsində təqdim olunur:

• Mühəndislik sahəsində praktiki bilik və bacarıqların əldə edilməsi;

• Real iş mühiti və sənəd dövriyyəsi ilə tanışlıq;

• Təcrübə müddətini uğurlu keçən namizədlər işlə təmin olunacaqdır.

 

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Texniki ofis mühəndisi üzrə təcrübəçi” qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.