Hesabatlıq və MİS üzrə mütəxəssis vakansiyası
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Müvafiq sahədə 1 il iş təcrübəsi;
Bank daxili hesabatlıq haqqında ilkin bilik və təcrübə olmalı;
Müasir arxitektura yanaşmaları barədə məlumatlı olmalı;
SQL bilikləri yaxşı səviyyədə olmalı;
NoSQL ilə işləmə və əsas işləmə prinsipləri bilikləri (MongoDB, Redis);
RDBMS (Oracle, MSSQL və s.) əsas işləmə prinsipləri bilikləri;
BI-alətləri ilə tanış olmalıdır (PowerBI, Tableau, QlikView və s.);
JIRA/MS Excel/Visio/PowerPoint bilikləri.
İŞİN TƏSVİRİ:
Daxili Bankın hesabatlıq sisteminin (MİS və DWH) inkişafında iştirak edir;
Məlumat strukturlarının dizaynı və inkişafında iştirak edir;
Kənar mənbələrdən məlumatların MİS-yə ya DWH-yə yüklənməsini icra edir;
MİS-də və DWH-də yeni modulların hazırlanmasında iştirak edir;
Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olan yeni hesabatlarını hazırlıyır və əvvəl hazırlanmış hesabatlarda menecerin təsdiqdən sonra dəyişikliklər etməlidir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlıq və MİS üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.