Bravo Logistika və Distribusiya Mərkəzi üçün məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli xanım namizədlər axtarırıq.
Öhdəliklər:
• Yığılan mal-materialın say, kütlə, fiziki görünüş, son istifadə tarixi və çeşid üzrə uyğunluğunu nəzarət sistemi ilə yoxlamaq, uyğunsuzluqlar barədə hesabatda qeyd etmək
• Zərurət olduqda məhsulları paletlərə yerləşdirmək və sifariş qablaşdırmasının fiziki və qida təhlükəsizliyini təmin etmək;
• Yoxlama nəticələrini və aşkar olunan problemləri vaxtında məsul şəxsə bildirmək;
• Rəhbər göstərişinə əsasən SƏTƏMM və təhlükəsizlik qaydalarına əməl etməklə avadanlıqlardan istifadə edərək malların daşınmasını təmin etmək;
• İş sahəsi və avadanlıqları SƏTƏMM qaydalarına uyğun təmiz və təhlükəsiz saxlamaq;
• Qida təhlükəsizliyi qaydalarına əməl etmək və uyğunsuzluqlar barədə dərhal məsul şəxslərə məlumat vermək.
Əmək şəraiti, iş rejimi və imtiyazlar:
· İş yeri Qaradağ rayonu, Lökbatan dairəsi – Bravo Logistika və Distribusiya Mərkəzi;
· İş qrafiki: 6 günlük;
· Nahar təmin edilir;
· Nəqliyyat xidməti: Koroğlu m/s, 20 Yanvar m/s, Ələt qəsəbəsi və Ümid qəsəbəsi istiqamətləri üzrə avtobus servis xidməti.
· Performans göstəricilərinə əsaslanan bonus (motivasiya) sistemi tətbiq edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu bölməsində “Malların nəqlinə nəzarət üzrə operator" / "Dispatch Control Operator” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə işə qəbulun növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.