Vakansiya: Hüquqşünas

İş yeri: Zəngilan, Ağalı

 

Vəzifə funksiyası:

• Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;

• Qanunvericilik layihələrinin hazırlanması və bununla bağlı müvafiq qurumlarla işlərin aparılması;

• Daxili idarəetmə prosedurlarının hazırlanmasında iştirak etmək onların, hüquqi ekspertizasını təmin etmək;

• Xidmətin struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilməsi;

• Xidmətin fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;

• Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması.

Tələblər:

• Hüquq və ya beynəlxalq hüquq sahəsi üzrə bakalavr dərəcəsi;

• Hüquq sahəsində minimum 3 il iş təcrübəsi (dövlət qurumlarında, habelə tikinti sahəsində iş təcrübəsinin olması arzuolunandır);

• Dövlət satınalmaları sahəsində zəruri biliklərə sahib olmaq və prosedurları tətbiqini anlamaq;

• Ofis proqramlarında sərbəst işləmək bacarığı;

• Güclü analitik və problem həll etmə bacarıqları;

• Detallara diqqətlə yanaşmaq;

• Təşəbbüskar olmaq.

Əmək şəraiti:

İş rejimi: 5 gün/ 09:00 – 18:00;

Əmək haqqı: 1718 AZN ildə 3 dəfə əmək haqqı miqdarında mükafat;

Yaşayış yeri ilə təmin edilir;

Zəngilan rayonuna gediş-gəlişin təmin olunması ilə bağlı nəqliyyat (avtobus) ayrılır.

Müraciət etmə qaydaları:

Xahiş olunur CV-lərinizi 15 İyul 2025-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

 

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.