Təcrübəçi
Müəssisə: AZ DUZ İSTEH. BIRLIYI QSC
Səndən Nə Gözləyirik?
- Ali təhsil (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə);
- Əmək qanunvericiliyi bilikləri
- İş təcrübəsi tələb olunmur;
- Komanda ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- İnsan Resursları və kadr kargüzarlığı məsələləri ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi;
- İşə alınan işçilər üçün əmək kitabçası açılmasının təmin olunması.
- İşçilərin iş qrafiki üzrə işə cəlb olunması zamanı davamiyyətlərinin yoxlanılması, şöbələr üzrə icra olunan kadr əmrlərin rəhbərlik tərəfindən imza və möhür olunmasının həyata keçirilməsi
- Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.
Təcrübə müddəti:
3 ay (performansa əsasən uzadıla və ya iş təklifi ilə nəticələnə bilər)
İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
Təcrübə müddəti ödənişlidir (Maaşlıdır)
Müəssisə: Azərbaycan Duz İstehsalat Birliyi
İş yeri: Masazır şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Təcrübəçi" qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.