“Bakı Metropoliteni” QSC olaraq peşəkar komandamıza qoşulmaq üçün İcraçı ofisə mütəxəssis axtarırıq!
Namizəd daxil olan məlumatların təhlili və ümumiləşdirilməsi, rəhbərlik üçün qısa və düzgün formatda sənəd və təqdimatların hazırlanması, struktur bölmələrlə koordinasiyanın təmin edilməsi və tapşırıqların nəticəyədək sistemli şəkildə izlənilməsi istiqamətində fəaliyyət göstərəcək.
Sizi hansı öhdəliklər gözləyir?
Azərbaycan dilində rəsmi üslubda arayış, xidməti məktub, iclas qeydi və rəhbərlik üçün qısa məruzələrin hazırlanması;
Böyük həcmli məlumatlardan (o cümlədən qanunvericilik və hüquqi sənədlərdən) əsas məqamların seçilib 1 səhifəlik xülasələrin tərtibi;
Məlumatların təhlili, problem – səbəb – təklif zəncirinin qurulması və rəqəmlər/faktlar arasındakı uyğunsuzluqların aşkarlanması;
Daxil olan sənədlərdən əsas mesajın, risklərin və qərar tələb edən məsələlərin ayrılaraq rəhbərliyə təqdim olunması;
Rəhbərlik səviyyəsinə uyğun təqdimatların və vizual materialların hazırlanması;
Müxtəlif mənbələrdən daxil olan məlumatların vahid üsluba gətirilməsi;
Tapşırıqların qeydə alınması, icra müddətlərinə və gecikmə risklərinə nəzarət edilməsi;
Struktur bölmələrlə operativ kommunikasiya və koordinasiyanın təmin edilməsi.
Namizədlərdən tələblərimiz
Hüquqşünaslıq üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (hakim köməkçisi təcrübəsi olanlara üstünlük verilir);
Güclü rəsmi-yazılı nitq və analitik düşüncə bacarığı;
Böyük məlumat axınını ümumiləşdirmək, qısaltmaq və təqdimat halına gətirmək qabiliyyəti;
Yüksək iş yükü, dəyişən prioritetlər və qısa müddətlər (deadlines) şəraitində çevik işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl bilməsi (İngilis və Rus dilləri üstünlükdür);
MS Office (Word, Excel, PowerPoint) proqramlarında yaxşı səviyyədə işləmək;
Jira və ya oxşar tapşırıq idarəetmə sistemləri ilə işləmək (və ya sürətlə mənimsəməyə açıq olmaq);
Yüksək məxfilik mədəniyyəti, detallara diqqət, sistemlilik və məsuliyyətlilik.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Müraciət üçün
Vakansiya üçün Metropolitenin portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 07.11.2026-cı il
Uğurlar!