“TƏHSİL TV” komandası “Reels Maker” (Video məzmun yaradıcısı) vakansiyası elan edir!

 

 Sosial media platformaları üçün dinamik, yaradıcı və baxımlı video məzmunlar hazırlamağı bacaran namizədləri komandamıza qoşulmağa dəvət edirik.

 

 Vəzifə öhdəlikləri:

 Sosial media platformaları üçün qısa video məzmunların çəkilişini və montajını həyata keçirmək;

 Televiziyanın fəaliyyət istiqamətinə uyğun yaradıcı video ideyaları hazırlamaq və reallaşdırmaq;

 Çəkiliş prosesində iştirak etmək, video materialları montaja hazırlamaq və yekun məhsulu təqdim etmək;

 Sosial media trendlərini izləmək və onları məzmun istehsalında tətbiq etmək;

 Hazırlanan videoların keyfiyyətini və vizual standartlara uyğunluğunu təmin etmək.

 

 Namizəddən tələblər:

 Video çəkilişi və montaj sahəsində bilik və təcrübə;

 CapCut, Adobe Premiere Pro və ya digər montaj proqramları ilə işləmək bacarığı;

 Yaradıcı düşüncə, vizual zövq və detallara diqqət;

 Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;

 Məsuliyyətlilik və peşəkar iş yanaşması.

 

 İş şəraiti:

 İş qrafiki: Həftəiçi, saat 09:00–18:00;

 İş yeri: “TƏHSİL TV”-nin ofisi; Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən, razılaşma yolu ilə.

 

 Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini  [email protected] ünvanına göndərə bilərlər.

 

 Son müraciət tarixi: 5 noyabr

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.