GESCO Security "İnsan resursları üzrə aparıcı mütəxəssis" vakansiyasını aktiv elan edir. 

 

Vəzifə öhdəlikləri:

• İnsan resursları proseslərinin effektiv və qanunvericiliyə uyğun icrasını həyata keçirmək;

• Əmək münasibətləri və sənədləşmə işlərinin AR Əmək Məcəlləsinə uyğun aparılmasını təmin etmək;

• İşçi məlumat bazasının tamlığını və aktuallığını qorumaq, 1C proqram təminatında düzgün məlumat dövriyyəsini idarə etmək;

• İnsan resursları üzrə statistik məlumatların, göstəricilərin və analitik hesabatların hazırlanmasını həyata keçirmək;

• İR əməliyyatları və inzibati prosedurların optimallaşdırılması istiqamətində təkliflər vermək;

• İnsan resursları siyasətinin gündəlik fəaliyyətə inteqrasiya olunmasını və korporativ standartlara uyğun icrasını təmin etmək;

• Rəhbərlik və struktur bölmələrlə əməkdaşlıq çərçivəsində İR əməliyyatlarının koordinasiyasını həyata keçirmək.

 

Namizədə dair tələblər:

• Ali təhsil;

• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

• AR Əmək Məcəlləsini və kadr uçotu qaydalarını bilmək;

• MS Office və 1C (8.3) proqramlarında sərbəst işləmə bacarığı;

• Dəqiqlik, məsuliyyət və analitik düşünmə qabiliyyəti.

 

Əlavə məlumat:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• İş rejimi: I–V günlər, 09:00–18:00;

• Nahar fasiləsi: 13:00–14:00;

• Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən olunur.

 

 İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

 

 Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.