Türkiyə-Azərbaycan Universitetində (TAU) IT mütəxəssis vəzifəsinə vakansiya elan edilir.

 

Tələblər:

· İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil;

·      Minimum 2 il iş təcrübəsi (Yerli şəbəkələrin quraşdırılması və texniki xidmət göstərilməsi sahəsində);

·      Windows və Linux əməliyyat sistemləri üzrə biliklər;

·      Şəbəkə texnologiyaları (TCP/IP, DNS, DHCP, VPN, router, switch və s.) haqqında anlayış;

·      İT təhlükəsizliyi və məlumat mühafizəsi prinsipləri barədə biliklər;

·      Proqram və avadanlıq problemlərinin diaqnostikası və aradan qaldırılması bacarığı;

·      Komanda ilə işləmə, məsuliyyətlilik və operativlik;

·      Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı (Türkiyə türkcəsi, rus və ingilis dili bilikləri üstünlükdür);

 

Öhdəliklər:

·      Kompüter və ofis avadanlıqlarının quraşdırılması, sazlanması və texniki baxımının həyata keçirilməsi;

·      Lokal şəbəkənin (LAN) və internet bağlantısının fasiləsiz işləməsini təmin etmək;

·     Serverlərin və verilənlər bazasının fəaliyyətinə nəzarət, ehtiyat nüsxələrinin (backup) aparılması, kameralar, şəbəkəyə qoşulmuş və ya qoşulmamış istifadəçi kompüterlərinin proqram təminatının, printerlərin, faksların işlək vəziyyətdə olmasının təmin edilməsi, həmçinin profilaktik təbdirlər sistemini işləyib hazırlamaq və tətbiq etmək;

·    Satın alınacaq kompüter, server, şəbəkə avadanlıqlarının, onların proqram təminatlarının parametrlərinin və texniki tələblərin müəyyən edilməsi prosesində iştirak etmək;

·      İstifadəçilərə texniki dəstəyin göstərilməsi, yaranan nasazlıqların aradan qaldırılması;

·      Təhlükəsizlik siyasətinə uyğun olaraq sistemlərin və məlumatların qorunmasını təmin etmək;

·      Yeni texnoloji həllərin tətbiqi ilə bağlı təkliflər vermək.

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 25.11.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.