İnsan resursları üzrə aparıcı mütəxəssis vakansiyamız aktivdir.
Vəzifə öhdəlikləri
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişiklikləri, mükafatlandırma, məzuniyyət, ezamiyyət və digər kadr əməliyyatları ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• ƏMAS üzrə əməliyyatların dəqiq və vaxtında icra edilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsi üzrə uçotun aparılması və məzuniyyət qrafikinin icrasına nəzarət;
• Bütün növ xəbərdarlıqların hazırlanması;
• İşçilərin məlumatlar bazasının (Database) hazırlanması və dəyişikliklərin nəzarətdə saxlanılması
• İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesinin izlənilməsi və nəticələr üzrə hesabatların hazırlanması;
• Vəzifə təlimatlarının hazırlanması və yeni əməkdaşların vəzifə təlimatları ilə tanış edilməsinin təmin olunması;
Tələblər:
İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
• Ali təhsil;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
• ƏMAS altsistemi üzrə praktik iş təcrübəsi və biliklər;
• MS Word və Excel proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
• Sənədlərlə işləmə, analitik düşünmə və yüksək təşkilatçılıq bacarıqları;
• Məsuliyyətli, diqqətli və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: Həftədə 5 gün
• İş saatları: 09:00 – 18:00
• Nahar fasiləsi: 13:00 – 14:00
• Servis xidməti mövcuddur.
• Ünvan: Bakı ş. Nizami r. Oqtay Vəliyev 72.
• Əmək haqqı: 930 AZN (gross)
Uyğun namizədlər [email protected] və ya [email protected] üzərindən CV-lərini yönləndirsin.


