StepX robototexnika klubu üçün tələbələri olimpiadalara hazırlayacaq təlimçi axtarırıq!!! 

 

Vəzifə öhdəlikləri:

Tələbələri yerli və beynəlxalq robototexnika olimpiadalarına (məsələn, WRO, WRCC, SAF və s.) hazırlamaq;

Robotların yığılması, proqramlaşdırılması və sınaqdan keçirilməsi üzrə praktiki məşğələlərin təşkili;

Tədrisin təşkili: Müəyyən olunmuş qrafikə əsasən dərslərin vaxtında və keyfiyyətli keçirilməsini təmin etmək;

İnnovativ yanaşma: Dərslərdə interaktiv metodlardan istifadə edərək tələbələrin marağını və cəlb olunmasını artırmaq;

Monitorinq: Tələbələrin dərsdə iştirakını, aktivliyini və mənimsəmə göstəricilərini mütəmadi qeydə almaq.

 

Namizədə dair tələblər:

Robototexnika və mexatronika sahəsində həm nəzəri, həm də praktiki biliklər;

Lego, Arduino və ya Raspberry Pi platformaları ilə işləmək bacarığı;

C++, Python və ya müvafiq blok proqramlaşdırma dilləri üzrə biliklər;

Reklam

Mürəkkəb texniki konsepsiyaları sadə və anlaşılan dildə izah etmə bacarığı;

Robototexnika yarışmalarında (olimpiadalarda) iştirak və ya tələbə hazırlamaq təcrübəsi mütləqdir;

Azərbaycan dilində sərbəst danışmaq, rus dili biliyi isə üstünlük hesab olunacaq.

 

İş şəraiti və təkliflərimiz:

Rəqabətqabiliyyətli əməkhaqqı;

Komfortlu iş şəraiti 

Təlim prosesində və tələbələrlə ünsiyyətdə müəllimlərə dəstək verilir;

Təlim və motivasiya imkanları

 

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına "StepX Robototexnika Təlimçisi" başlığı ilə göndərməyinizi xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.