İnsan resursları üzrə baş mütəxəssis vakansiyası

 

"CYBER POİNT" MMC Azərbaycanda kibertəhlükəsizlik və IT təhlükəsizliyi sahəsində fəaliyyət göstərən, müasir təhlükəsizlik həlləri və xidmətləri təqdim edən şirkətdir. 

 

Vəzifə öhdəlikləri:

- İşçi ehtiyacını müəyyənləşdirmək və vakansiyaların idarə olunmasını təşkil etmək;

- Namizədlərin axtarışı, seçimi, müsahibələrin təşkilini idarə etmək;

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi və s. proseslərin icra edilməsi;

- İşçilərin şəxsi işlərinin formalaşdırılması və kadr sənədlərinin düzgün aparılmasını təmin etmək;

- İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və digər növ əmrlərin hazırlanması;

- ƏMAS portalında struktur, ştat vahidinin yaradılması, ləğv edilməsi və digər növ əməliyyatların icra edilməsi;

- Kargüzarlıq işlərinin aparılması (arayış, məktub, etibarnamə və s. hazırlanması);

- İşçi heyətinin təlim ehtiyacının müəyyənləşdirilməsi;

- İşçilərin performans qiymətləndirilməsi sisteminin tətbiq edilməsi;

- Rəhbərin tapşırığına əsasən İR hesabatlarının hazırlanması.

 

Namizədə dair tələblər:

- Azərbaycan vətəndaşı olmalı;

- Müvafiq sahə üzrə ali təhsil (magistr təhsili və ya sertifikatların olması üstünlükdür);

- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;

- Əmək qanunvericiliyi haqqında yüksək biliyə malik olmalı;

- MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;

- Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis dili biliyinin olması üstünlükdür;

- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

- Yüksək kommunikasiya bacarığı, operativ qərar vermə və analitik düşünmə qabiliyyətinə malik olmalı.

 

Əlavə məlumat:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri, bayram günləri və ümumxalq hüzn günü qeyri-iş günləridir);

- Nahar fasiləsi: 13:00 - 14:00; 

- İş yeri: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 189B. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssis” qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.