MilliSec komandasına yeni əməkdaş axtarırıq!
Vəzifə: Ofis və Müştəri Əlaqələri üzrə Menecer
MilliSec komandasında full-time çalışacaq, gülərüz, səmimi, ünsiyyətcil və məsuliyyətli xanım əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri:
Ofisə gələn qonaq və müştərilərin qarşılanması
Müştərilərin karyera məsləhətçiləri ilə görüşünün təşkil edilməsi və yönləndirilməsi
Hazır müqavilə şablonları üzərində müştəri məlumatlarının dəyişdirilməsi və müqavilələrin hazırlanması
Müştəri məlumatlarının sistemə daxil edilməsi
Sadə sənədləşmə və gündəlik ofis işlərinin həyata keçirilməsi
Ofisdə ümumi iş prosesinin təşkilinə dəstək
Namizədə tələblər:
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
Microsoft Office proqramlarından istifadə bacarığı
Gülərüz, səmimi və ünsiyyətcil olmaq
Səliqəli və məsuliyyətli olmaq
İnsanlarla rahat ünsiyyət qura bilmək
Öyrənməyə və inkişaf etməyə açıq olmaq
İş təcrübəsi üstünlükdür, lakin mütləq tələb deyil
Qeyd: İş prosesi və vəzifə üzrə görüləcək işlər əməkdaşa tərəfimizdən öyrədiləcək. Təcrübəsi olmayan, lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
İş qrafiki: 10:00 - 19:00
Əmək haqqı: 500 AZN
İş formatı: Full-time / Ofisdə
Əgər pozitiv, ünsiyyətcil və dinamik komandada işləmək istəyirsinizsə, CV-nizi [email protected] ünvanına "Ofis və Müştəri Əlaqələri üzrə Menecer" başlığı altında göndərə bilərsiniz.