Azərbaycan Supermarket MMC "İnsan resursları üzrə kiçik inzibatçı" vakansiyasını elan edir.
Öhdəliklər:
• Əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına əsasən işçilərin düzgün şəkildə işə qəbul edilməsi, dəyişiklik edilməsi və xitam verilməsi (1C və elektron Hökumət Portalı – EMAS);
• Əmək müqavilələrinin hazırlanması və imzaladılması;
• Şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
• Əmək kitabçalarının düzgün şəkildə doldurulması, qeydiyyatının aparılması və təhvil verilməsi;
• Müxtəlif növ arayışların və xasiyyətnamələrin hazırlanması;
• İşçilərin tibbi yoxlamadan (obliqat kabinet) keçirilməsinin təşkilində iştirak etməsi
• Gündəlik İnsan Resursları ilə bağlı proseslərin əlaqələndirilməsi və idarə edilməsində dəstək göstərməsi;
• Tələb olunan digər tapşırıq və vəzifə öhdəliklərinin yerinə yetirilməsi.
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il təcrübəsi;
• Müvafiq sahə ilə bağlı qanunvericilik və Əmək Məcəlləsi üzrə biliklər;
• Güclü ünsiyyət bacarığı;
• Tənqidi düşüncə və təhlil bacarıqları;
• Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqları;
• Sərbəst Microsoft Office istifadəçisi;
• Çeviklik və tez öyrənmək qabiliyyəti;
• Gərgin iş şəraitində işləmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Maraqlanan namizədlər [email protected] email ünvanına “İnsan resursları üzrə kiçik inzibatçı” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.