SATIŞ ÜZRƏ MƏSLƏHƏTÇİ
İş yeri: LIBRAFF MMC – Sumqayıt filialı
Kitabları sevirsiniz, insanlarla ünsiyyət qurmaqdan zövq alırsınız və satış sahəsində özünüzü inkişaf etdirmək istəyirsiniz? O zaman komandamıza qoşulun!
Namizədə dair tələblər:
Satış sahəsində minimum 6 aylıq iş təcrübəsi;
Ali təhsil arzuolunandır;
Yerli və beynəlxalq nəşrlər, eləcə də müəlliflər haqqında məlumatlı olmaq;
Satış prinsipləri və texnikaları üzrə baza biliklərinə sahib olmaq;
Müştəriyönümlülük və yüksək xidmət mədəniyyəti;
Güclü şifahi ünsiyyət bacarığı;
Detallara diqqətlilik;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilmək.
Biz nə təklif edirik?
Həftəlik 40 saatlıq növbəli iş qrafiki;
Əməkhaqqının vaxtında ödənilməsi;
Mağaza məhsullarına xüsusi endirim;
Gənc və mehriban iş mühiti.
LIBRAFF haqqında
2017-ci ildə təsis edilən LIBRAFF Azərbaycan kitab ticarəti sahəsində ən böyük müasir kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir.
Müraciət üçün: [email protected]
E-mailin mövzu hissəsində “Satış üzrə məsləhətçi – Sumqayıt” qeyd etməyiniz xahiş olunur.
Gəlin, kitab sevgisini müştəri məmnuniyyətinə çevirək!