Şirkət: ‘’AzəriMed’’ MMC

Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis

AzəriMed MMC komandası peşəkar və inkişafyönümlü İnsan Resursları üzrə Mütəxəssis axtarır. 

 

Namizədə tələblər:

• Ali təhsil; 

• İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür); 

• Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək; 

• Kadr sənədləşməsi və HR prosesləri üzrə təcrübə; 

• MS Office, 1C, ISB, ƏMAS və Elektron Hökumət sistemləri ilə işləmək bacarığı; 

• Analitik düşünmə və effektiv ünsiyyət bacarığı; 

• Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma. 

 

Vəzifə öhdəlikləri:

• Əmək qanunları və standartlarını tətbiq etmək, işçi və işəgötürən arasında müqavilələrin qanunvericiliyə uyğun olmasını təmin etmək;

• İşçilərlə əmək müqavilələrinin hazırlanması, yenilənməsi və sonlandırılması proseslərini idarə etmək;

• İşçinin əmək haqqı və işə davamiyyət qeydlərində lazımi düzəlişlərin edilməsi;

• Rəsmi əmrlərin (məzuniyyət, ezamiyyət, təyinat və s.) hazırlanması, təsdiqlənməsi və imzalanması;

• Məzuniyyət dövrlərini müvafiq sistemlərdə qeydiyyata almaq;

• Portalda aparılan bütün əməliyyatların dəqiq və qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsi;

• Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və bu məlumatların iş prosedurlarına və siyasətlərinə inteqrasiyası.

 

İş şəraiti:

• İş qrafiki: 08:30 – 17:30 (B.e. – Cümə)

• Əmək haqqı: 700 – 1160 AZN 

• İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11

 

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.