Region gəncləri üçün möhtəşəm imkan 

 

 Azərbaycan HR İnstitutu və UNEC Zaqatala filialının tərəfdaşlığı ilə yeni fəaliyyətə başlayan Regional İnnovasiya Mərkəzində "Süni İntellekt və İT: Gələcəyin Bacarıqları" adlı tam Ödənişsiz tədris proqramına qeydiyyatı açıq elan edir!

Zaqatala, Şəki, Qax və Balakən regionlarından olan gənclər üçün nəzərdə tutulmuş bu proqram iştirakçılara gələcəyin ən tələb olunan sahələrindən biri üzrə bilik və bacarıqlar qazanmaq imkanı yaradacaq.

"Süni İntellekt və İT: Gələcəyin Bacarıqları" proqramının iştirakçıları:

 

 Tam ödənişsiz təhsil almaq imkanı qazanacaqlar;

 Süni intellekt və informasiya texnologiyaları üzrə praktiki bilik və bacarıqlara yiyələnəcəklər;

 Təlimin sonunda ikili rəsmi sertifikat əldə edəcəklər;

 Karyera və məşğulluq imkanlarından faydalanacaqlar.

 Təlimlər Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə UNEC Zaqatala filialında yerləşən Regional İnnovasiya Mərkəzində keçiriləcək.

 Müraciət üçün qeydiyyat linki: LİNK

 

 Son müraciət tarixi: 15 iyun 2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.