"VƏLİEV" MMC şirkətinə "İnsan Resursları üzrə mütəxəssis" axtarılır.
Vəzifələr:
İşə qəbul prosesinin (vakansiyanın yerləşdirilməsi, CV-lərin dəyərləndirilməsi, müsahibələrin təşkili və namizədlərlə əlaqənin qurulması) icrasını təmin etmək.
Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və əmək müqaviləsinə xitam proseslərini həyata keçirmək.
Əmək müqavilələrinin, əmrlərin və digər İR sənədlərinin hazırlanmasını təmin etmək.
İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
ƏMAS, e-gov və digər müvafiq elektron sistemlərdə əməliyyatları həyata keçirmək.
İş vaxtının uçotu və davamiyyət məlumatlarının düzgün aparılmasına nəzarət etmək.
İş yerində intizam pozuntuları üzrə hesabatlar hazırlamaq və rəhbərliyi müvafiq qaydada məlumatlandırmaq.
HR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
İR üzrə daxil olan sorğuları cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək.
Namizəd üçün tələblər:
Ali təhsilli
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
Microsoft Excel, Microsoft Word komputer proqramlarında sərbəst işləmək bacarığı;
Komanda ilə işləmə bacarığı;
İngilis dili və Rus dili bilikərinin olması üstünlükdür.
Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Nizam-intizamlı, məsuliyyətli olmalı.
Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
İş şərtləri:
Əmək haqqı: 800-1000 AZN
İş yeri: Sumqayıt şəhəri
Nahar müəssisə tərəfindən təşkil edilir.
İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü - növbəli)
Sumqayıt şəhəri və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
Namizədlərdən CV-lərini mövzu yerində “İR üzrə mütəxəssis” yazmaqla [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

