Sənədləşmə üzrə mütəxəssis vakansiyası

GESCO ASC Təchizat və Logistika Departamentinə Sənədləşmə üzrə mütəxəssis axtarır!

 Əsas vəzifə öhdəlikləri:

• Satınalma sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi

• Məktubların və təhvil-təslim aktlarının hazırlanması

• Sənədlərin elektronlaşdırılması və sistemləşdirilməsi

• 1C (8.3) proqramında sifarişlərin reyestr üzrə qeydiyyatı

• Hesab-faktura, qaimə-faktura və digər ödəniş sənədlərinin yoxlanılması və aidiyyəti üzrə təqdim edilməsi

• Standart alqı-satqı müqavilələrinin hazırlanmasında iştirak

• Təchizatçıların qiymətləndirilməsi prosesinə dəstək

• Elektron bazaların aktuallığının təmin edilməsi

• Sənəd dövriyyəsinin operativliyinə və prosedurlara uyğunluğuna nəzarət

 Namizədə dair tələblər:

• İqtisadiyyat, təchizat və ya maliyyə üzrə ali təhsil

• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Reklam

• MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı

• İngilis dili – B1–B2 səviyyəsi

• Məsuliyyətlilik, dəqiqlik və etibarlılıq

• Yüksək kommunikasiya və analitik düşünmə bacarığı

• Operativ qərarvermə qabiliyyəti

 İş şəraiti:

 İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

 İş rejimi: I–V günlər, 09:00–18:00

 Nahar fasiləsi: 13:00–14:00

 Əmək haqqı: 700 AZN (NET)

 Əmək münasibətləri AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.

 Müraciət üçün:

CV-nizi mövzu hissəsində “Sənədləşmə üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.