STEP IT Academy Azerbaijan-da birbaşa mənimlə çalışacaq, İnsan resursları sahəsində təcrübəsi olan, aktiv, dinamik gənc namizəd axtarışındayıq.
Əsas vəzifələr:
- Şirkətin işçi qüvvəsinə olan tələbatını müəyyən etmək məqsədilə şöbə rəhbərləri ilə əməkdaşlıq etmək, vakansiyalar üzrə işə qəbul proseslərini təşkil və koordinasiya etmək;
- Vakansiyaların elan edilməsi, namizədlərin axtarışı, seçimi, müsahibələrin təşkili və qiymətləndirilməsi proseslərini həyata keçirmək;
- Yeni əməkdaşların işə qəbulu, əmək müqavilələrinin hazırlanması, işə qəbul sənədlərinin rəsmiləşdirilməsi və adaptasiya proqramlarının icrasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, müvafiq sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi, işçilərin məmnuniyyətinin ölçülməsi və s üçün sorğuları həyata keçirmək;
- Əmək münasibətləri ilə bağlı əmrlərin, arayışların, təqdimatların və digər kadr sənədlərinin hazırlanmasını həyata keçirmək;
- İşçilərin məzuniyyət, ezamiyyət əmrlərinin verilməsi və iş vaxtı, davamiyyət məlumatlarının uçotunun aparılmasına nəzarət etmək;
- Tabe olduğu rəhbərin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- İnsan resursları ilə bağlı hesabatların tərtibində birbaşa iştirak etmək, yaxud məlumatların təminatında yardımçı olmaq.
Tələblər:
Ali təhsilli (İdarəetmə, Menecment kimi ixtisaslar üstünlükdür)
HR sahəsində 1+ il iş təcrübəsi;
Əmək qanunvericiliyi üzrə əsas biliklər;
ƏMAS-da işləmək bacarığı;
1C (8.3) proqramında işləmək bacarığı ;
MS Office/Google Workspace ilə işləmə bacarığı;
Məsuliyyətli, diqqətli və kommunikativ olmaq.
Rus dili biliyinin ən azı B2 səviyyədə olması mütləq, İngilis dili üstünlükdür.
Biz təklif edirik:
Peşəkar və dinamik iş mühiti;
İş saatları : Həftədə 5 dəfə , saat 10:00 - 18:00
İnkişaf və karyera imkanları;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Rəqabətli əmək haqqı
Müraciət emək istəyən namizədlər HR mütəxəssisi başlığı ilə CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.