AZMADE GROUP MMC öz komandasına "Kiçik Auditor" üçün namizəd axdarışındadır!
Əsas vəzifə funksiyalari:
· Peşəkar audit üsullarını tətbiq etmək, audit yoxlama sənədlərini hazırlamaq və nəticələri müvafiq qaydada sənədləşdirmək;
· Qarşıya qoyulmuş vəzifələri müəyyən edilmiş müddət və keyfiyyət tələblərinə uyğun şəkildə yerinə yetirmək;
· Hesabatları, görülən işləri və sənədləri nəzərdən keçirmək, müəyyən edilmiş daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək;
· Audit yoxlama nəticələri və tövsiyələri ilə bağlı məlumatların rəhbərliyə təqdim edilməsində, eləcə də gündəlik audit fəaliyyətlərinin icrasında digər təcrübəli auditorlara dəstək göstərmək;
· Audit yoxlamaları nəticəsində hazırlanmış tədbirlər planının icra vəziyyətinin dövri qiymətləndirilməsində iştirak etmək;
· İş fayllarının və audit sübutlarının düzgün qorunub saxlanılmasını təmin etmək;
· Daxili audit vəzifələrinin icrasına maneələr yarandıqda, təşkilati iyerarxiyaya uyğun olaraq layihəyə cavabdeh şəxsi və ya müvafiq rəhbəri dərhal məlumatlandırmaq
Namizədə tələblər:
· Ali təhsil – Maliyyə, Mühasibat uçotu, Audit və ya əlaqəli sahə;
· Audit sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
· MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı;
· Maliyyə hesabatları və mühasibat uçotu üzrə ilkin biliklər;
· İngilis dili biliyi arzuolunandır.
· Analitik düşünmə və detallara diqqət;
· Məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
· Regionlara ezamiyyətlərə getməyə hazır olmaq.
İş şəraiti:
Şirkət: Azmade Group
İş yeri: Sumqayıt
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatları: 09:00 – 18:00
Müraciət etmək üçün CV-nizi [email protected] ünvanına yönləndirə bilərsiniz!