“AZERA Holding” MMC tərkibində fəaliyyət göstərən BMP QSC-də İR üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir.
İş haqqında məlumat:
-Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad olunması proseslərinin sənədləşdirilməsi
-İşçilərin rəsmi qeydiyyatının həyata keçirilməsi: ƏMAS sistemində qeydiyyat, İSB məlumatlarının düzgün və vaxtında təqdim olunması
-Əmək müqavilələri, maddi məsuliyyət və gizlilik müqavilələrinin hazırlanması və elektron hökumət portalında qeydiyyatı
-Məzuniyyət qrafiklərinin tərtibi, məzuniyyətlərin uçotunun aparılması və istifadəsinə nəzarət
-Vəzifə təlimatlarının, daxili qayda və prosedurların hazırlanması və yenilənməsi
-Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması
-Elektron hökumət portalında əməliyyatların aparılması: əmək müqavilələrinin bağlanması, xitamı, dəyişikliklər, məzuniyyət və ezamiyyət əmrləri
-Ştat cədvəlinin hazırlanması, dəyişikliklərin və əlavələrin edilməsi
-Turniket sistemi vasitəsilə işçilərin gündəlik və aylıq davamiyyətinin izlənməsi, tabel hesabatlarının hazırlanaraq mühasibatlığa təqdim olunması
-Ezamiyyətlərin rəsmiləşdirilməsi, qeydiyyatının aparılması və hesabatların hazırlanması
-İşçilərin şəxsi işlərinin tam və düzgün şəkildə formalaşdırılması və arxivləşdirilməsi
-Xəstəlik vərəqələrinin düzgün doldurulması və hesabatlara daxil edilməsi
-Əmək və icra intizamının pozulması halları ilə bağlı tədbirlərin rəsmiləşdirilməsi
-İşçilərin tabel uçotunun aparılması və davamiyyətə daimi nəzarət
-1C proqramında kadr uçotu, sənədlərin qeydiyyatı və hesabatların formalaşdırılması
Tələblər:
Ali təhsil
Azərbaycan dili səlis, rus dili üstünlükdür
Müvafiq sahədə min 2-3 il iş təcrübəsi
MC Office proqramlarında sərbəst işləmək bacarığı
Səhiyyə sahəsində təcrübə üstünlükdür
İnsan resursları idarəetməsi ilə bağlı kurslarda və təlim sertifikatları üstünlükdür
İş şərtləri:
ƏM-nə uyğun rəsmiləşdirilmə
6 günlük iş qrafiki
Əmək haqqı: 1200 AZN (nett)
Müraciət üçün: CV-nizi “İR üzrə aparıcı mütəxəssis” mövzusu, şirkətin adı qeyd olunmaqla [email protected] ünvanına göndərməyiniz xahiş olunur .