Vəzifə : “Sosial Media marketinqi üzrə mütəxəssis”

 

Əsas vəzifə öhdəlikləri:

·     Sosial media platformalarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) idarə olunması;

·     Kontent planının hazırlanması və müntəzəm icrası;

·     Kreativ və cəlbedici postlar, hekayələr (stories) və video məzmunların hazırlanması;

·     Brendin sosial media üzərindən tanıdılması və izləyici bazasının davamlı artırılması üzrə strategiyaların hazırlanması;

·     Mesajlara və şərhlərə operativ və peşəkar şəkildə cavab verilməsinə dəstək;

 

 Tələb olunan bilik və bacarıqlar:

·       Kreativ düşüncə tərzi və aktual sosial media trendlərini yaxından izləmə bacarığı;

·     Reklam kampaniyalarının (Meta Ads, Google Ads) planlaşdırılması və nəticələrinin təhlili üzrə biliklərin olması;

·      Telefonda foto və video redaktə proqramlarında işləmə bacarığı üstünlükdür;

·       Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı; rus və ingilis dillərinin bilikləri əlavə üstünlük hesab olunur;

·       Komanda şəklində işləmək bacarığı və məsuliyyətli yanaşma.

 

Tələb olunan təhsil, iş təcrübəsi:

·       Ali təhsil;

·       Sosial media idarəçiliyi sahəsində minimum 1-2 il iş təcrübəsi

İş şərtlərimiz:

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına nahar;

·       Şirkət hesabına korporativ nömrə.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Sosial Media marketinqi üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.