“İrs Dostu” onlayn müraciət platforması istifadəyə verilib

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən “İrs Dostu” könüllü proqramına qəbul davam edir.

 

Müraciət prosesini daha rahat və əlçatan etmək məqsədilə proqram üçün onlayn müraciət platforması istifadəyə verilib. Namizədlər müraciətlərini aşağıdakı keçid vasitəsilə elektron formada təqdim edə bilərlər: http://irs.gov.az/irs-dostu/

 

Bununla yanaşı, müraciətlər - CV və motivasiya məktubları [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbul edilir.

 

Qeyd edək ki, “İrs Dostu” könüllü proqramının həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakını təşviq etmək, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək vermək, həmçinin mədəni irsə ictimai marağın daha da artırılmasına töhfə verməkdən ibarətdir. Proqram Dövlət Xidmətinin Bakıda və regionlarda fəaliyyət göstərən struktur bölmələrini, tabeli müəssisələrini, qoruq və muzeylərini əhatə etməklə 140-dan çox müəssisədə həyata keçirilir.

 

Artıq mədəni irsimizin qorunmasına öz töhfəsini vermək istəyən 300-dən artıq gənc “İrs Dostu” könüllü proqramına qoşulmaq üçün müraciət edib. Seçim mərhələsi davam edi

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.