Sea Breeze “Rezident menecer” vakansiyasını elan edir!
Komandamıza peşəkar və məsuliyyətli Rezident Menecer axtarırıq.
Əsas vəzifələr:
• Yaşayış kompleksində gündəlik əməliyyat proseslərinin koordinasiyası və idarə olunması;
• Rezident müraciətlərinin operativ şəkildə cavablandırılması və həllinin təmin edilməsi;
• Şikayət və təkliflərin idarə olunması, müvafiq tədbirlərin görülməsi;
• Təmizlik, texniki xidmət və digər əməliyyat sahələrinin koordinasiyası;
• Sahə əməkdaşlarının fəaliyyətinə nəzarət;
• Müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Xidmət haqları üzrə ödənişlərin düzgün və vaxtında qəbulunun təmin edilməsi;
• Rezidentlərlə idarəetmə və servis müqavilələrinin təşkil olunması və qeydiyyatı;
• Borcların sistemli şəkildə izlənməsi və idarə olunması;
• Rezident məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksək səviyyədə qorunması.
Tələblər:
• Ali təhsil (idarəetmə, xidmət sahəsi və ya əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür);
• Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi;
• Güclü kommunikasiya və müştəriyönümlü yanaşma;
• Operativ problem həll etmə və qərarvermə bacarığı;
• Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı;
• MS Office proqramlarında sərbəst işləmə bacarığı;
• 1C proqramında işləmə bacarığı (mütləqdir);
• Məsuliyyətli, təşkilatçı və stressə davamlı olmaq.
Vakansiya ilə maraqlanan namizədlər, CV-lərini mövzu hissəsində “Rezident menecer” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.