Vakansiya: Ofis Meneceri
Peşəkar, ünsiyyətcil və məsuliyyətli namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifələr:
• Sənəd dövriyyəsinin düzgün, sistemli və effektiv şəkildə təşkili;
• Sea Breeze ərazisində yaşayan rezidentlərlə peşəkar kommunikasiya və münasibətlərin idarə olunması;
• Daxil olan müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi;
• Gündəlik əməliyyat proseslərinə dəstək göstərilməsi;
• Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Ofisdaxili inzibati işlərin koordinasiyası.
Tələblər:
• Ali və ya orta ixtisas təhsili;
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
• Yüksək səviyyədə kommunikasiya və təşkilatçılıq bacarıqları;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Rus dilində sərbəst danışıq və yazı bacarığı (ingilis dili biliyi üstünlükdür);
• Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma;
• Komandada işləmək və operativ qərar vermək bacarığı.
İş yeri: Sea Breeze Resort
İş qrafiki: 6/1
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis Meneceri” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.