Tarixi məkana yeni nəfəs verməyə hazırsınız?
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ilk dəfə keçirilən “İrs naminə yarat” memarlıq müsabiqəsi yaradıcı və innovativ ideyaları bir araya gətirir.
Müsabiqənin mövzusu “İstifadəsiz sahədən canlı ictimai məkana” olmaqla, İlyas Əfəndiyev küçəsi ilə 4-cü M. Maqomayev döngəsinin kəsişməsində yerləşən ərazinin müasir memarlıq yanaşmaları əsasında yeni ictimai məkana çevrilməsini nəzərdə tutur.
İştirakçılar mövcud əraziyə yeni həyat qazandıran ideyalarını təqdim etməklə memarlıq, təbiət və tarixi irsin vəhdətini, müasir ictimai məkanların formalaşdırılması prinsiplərini və yaradıcı yanaşmaların real məkan üzərində tətbiqini kəşf edə bilərlər.
18–30 yaş arası memarlar, şəhərsalma mütəxəssisləri və dizaynerlər müsabiqədə fərdi və ya komanda şəklində iştirak edə bilərlər.
Qalibləri pul mükafatı gözləyir, həmçinin “Sakinlərin seçimi” üzrə ayrıca mükafat təqdim olunacaq.
Son qeydiyyat və layihələrin qəbulu: 6 noyabr 2026-cı il
Qeydiyyat linki