“Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində süni intellekt əsaslı tam ödənişsiz təhsil proqramına qeydiyyat başladı! 405 nəfər bu imkandan yararlana biləcək. 

 

Agentliyimizin “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində “Code Academy” ilə birgə həyata keçirilən 3 dərəcəli “ Süni intellekt əsaslı təhsil proqramı”na qeydiyyat başladı! 

 

Hazırda hər 3 dərəcə üzrə qeydiyyat açıqdır: 

 

 I dərəcə təhsil modeli – Süni intellekt savadlılığı 

Bu tədris modeli süni intellekt üzrə baza bilikləri qazandırır, Sİ alətlərindən gündəlik fəaliyyətdə və tədrisdə düzgün istifadə bacarıqlarını formalaşdırır.   

 

 II dərəcə təhsil modeli – Praktiki İKT bacarıqları 

Bu tədris modeli süni intellekt əsaslı proqramlaşdırma, kibertəhlükəsizlik və data analitikası üzrə praktiki bacarıqların inkişafını və əmək bazarına hazırlığı təmin edir. 

 

 III dərəcə təhsil modeli – İxtisaslaşmış təlim proqramları 

Bu tədris modeli DevOps, zərərli proqramların təhlili və risklərin idarə edilməsi üzrə ixtisaslaşmış bilik və praktiki bacarıqları dərinləşdirir. 

 

 Təlim formatı: Yalnız regionlar üçün nəzərdə tutulan “Süni İntellekt biliyi əsasları” qruplarında təlimlər onlayn keçiriləcək. Digər proqramlarda təlimlər oflayn formatda təşkil olunacaq. 

 

 I dərəcə təhsil modeli: “Müəllimlər üçün süni intellekt” proqramı üçün müəllimlik və ya pedaqoji fəaliyyət təcrübəsi tələb olunur. Digər I dərəcə proqramları üçün ön şərt yoxdur. 

 II dərəcə təhsil modeli: İKT, riyaziyyat və mühəndislik ixtisasları üzrə sonuncu kurs tələbələri və məzunları üçün nəzərdə tutulub. 

 III dərəcə təhsil modeli : Müvafiq İKT sahəsində minimum 1 il iş təcrübəsi və ya uyğun peşəkar sertifikat  tələb olunur. 

 

 Son müraciət tarixi: 11 oktyabr 

 Müraciət üçün: LİNK

 

Yeni dövrün bacarıqlarını qazan, gələcəyin imkanlarına hazır ol.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.