RAM Holding Komandamıza Satınalma üzrə assistent axtarırıq.

 

Namizədə əsas tələblər:

• Ali təhsil

• Satınalma, logistika və ya gömrük sahəsində 6 ay–1 il təcrübə arzuolunandır

• Azərbaycan dili — sərbəst, İngilis dili — yüksək səviyyə

• MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik

• ERP/task idarəetmə sistemləri ilə işləmək bacarığı

• Diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə.

 

Vəzifə öhdəlikləri:

• Daxil olan satınalma tələblərinin qəbul edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi

• Məhsulun spesifikasiyası, artikul, miqdar və digər məlumatların düzgünlüyünün yoxlanılması

• Mövcud və potensial tədarükçülərin araşdırılması, qiymət sorğularının (RFQ) hazırlanması və göndərilməsi

• Tədarükçü təkliflərinin qiymət, çatdırılma müddəti, ödəniş şərtləri və digər göstəricilər üzrə müqayisə edilməsi

• Tədarükçülərlə gündəlik işgüzar yazışmaların aparılması və sifariş statuslarının izlənilməsi

• Proforma invoice, invoice, packing list və digər sənədlərin alınması və yoxlanılması

•Satınalma sifarişlərinin (PO) hazırlanması və təsdiq prosesinin izlənilməsi.

 

İş şərtlərimiz:

• İş qrafiki: Tam iş günü (5 gün)

• İş saatları: 08:30–17:30

• İş yeri: Port Baku Tower 2

• Nahar şirkət tərəfindən təmin olunur

 

 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma üzrə assistent” qeyd etməklə [email protected]  ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.